Hədəflərimiz

Xurma istehsalının indiki vəziyyəti bizi tam qane etmir. Biz ilk növbədə xurma bağlarının əhəmiyyətli dərəcədə genişlənməsinə nail olmalıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında və fermerlərlə görüşlərində dönə-dönə xurma istehsalına dəstək veriməsini bir vəzifə kimi irəli sürmüşdür. Odur ki, xurma bağları salmaq məqsədi ilə fermerlərə yeni əkin sahələrinin ayrılması təmin olunmalıdır. İkincisi, yüksək məhsuldar, xəstəliklərə davamlı, yüksək aqrotexniki xidmət göstərilən xurma növlərinin mənimsənilməsinə və tətbiqinə can atmalıyıq ki, sonrakı mərhlədə emal və ixracatda uğurlar qazana bilək. Biz ən yaxın gələcəkdə rəaqabət qabiliyyətli xurma istehsalını dəfələrlə artırmalıyıq. Biz buy olla getsək, ölkə iqtisadiyyatına layiqli töhvə verə bilərik, fermerlərin özünə inamını və həyat səviyyəsini yüksəldərik. Bu baxımdan “Azərbaycanın Xurma İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin üzərinə böyük məsuliyyət düşür. Biz bu böyük vəzifənin öhdəsindən gəlmək üçün səylərimiz birləşdirəcəyik, ciddi irəliləyişə nail olacağıq.