Missiyamız

Xurma istehsalı ciddi yanaşma və səylər tələb edən meyvəçilik sahələrindən biridir. Bir ictimai birlik olaraq ona can atırıq ki, əvvəlan, istehsalın keyfiyyət standartlarını yüksəldək, ikincisi, xurmanı bir əmtəə kimi mükəmməl emal səviyyəsində ərəsəyə gətirək. Niyyətimiz onun qablaşdırılmasını və daşınmasını elə səviyyəyə çatdıraqdan ibarətdir ki, rəqabət qabiliyyətli məhsul olaraq Azərbaycan xurmasını xarici bazara inamla çıxara bilək. İstəyirik ki, gözəl tətribatlı, erqonomiik qablaşdırma sayəsində və mükəmməl PR dəstəyi ilə Azırdbaycan xurmasını xaricdə yalnız müsbət imic istiqamətində tanınan bir məhsul kimi şöhrətləndirək. İstəyirik ki, qeyri-neft  sektorunda xurma ölkə ixracatının önəmli sahlərindən birinə çevrilsin. Biz bu missiyanı həyata keçirməyə qadir olduğumuzu sübut etmişik və xarici bazarlarda öz mövqelərimizi möhkəmləndirməkdə çox iddialıyıq.