HÖRMƏTLİ TƏRƏFDAŞLAR!

Əziz xurma istehsalçşıları və ixracatçıları!

Azərbaycan Respublikası zəngin təbiəti ilə seçilən ölkələrdən biridir. Bu da onun fauna və florasına öz müsbət təsirini göstərir. Regionda kənd təsərrüfatı yüzillər boyu insanların gündəlik həyatında ciddi əhəmiyyət kəsb etmişdir. Bu gün həmin fəaliyyət sahəsinə dövlət qayğısı da artmaqdadır ki, bu da ölkədə qeyri-neft sektorunun inkişafına dəstək verəcəkdir. İndi Azərbaycanın müxtəlif regionlarında daxili istehlakın ehtiyaclarını qarşılamaq və ölkənin ixracat potensialının artımına daha effektiv dəstək vermək məqsədilə kənd təsərrüfatının perspektivli sahələrinə ciddi diqqət göstərilir. Xurma istehsalı, şübhəsiz, Azərbaycanın ixracat potensialının yüksəldilməsi və daha gəlirli fəaliyyət sahəsinə çevrilməsi baxımından ciddi perspektivlərə malikdir. Odur ki, yeni xurma bağlarının salınması, məhsulun standart tələblər səviyyəsində tədarükü, habelə emalı və saxlanması üçün müasir tələblər səviyyəsində maddi-texniki bazanın yaradılması bu gün xüsusilə aktual əhəmiyyət kəsb edir. Xurma bağlarına aqrotexniki qayğı göstərilməsi, fermerlərin ehtiyaclarının araşdırılması, onların istəklərinə və problemlərinə müvafiq icra hakimiyyəti orqanlarının diqqətinin cəlb olunması ciddi məsələlərdəndir. Csəmərəli fəaliyyət üçün işlək mexanizmlərin hazırlanmasına və həyata keçirilməsinə köməklik göstərilməsi önəm kəsb edir. Sektorda çalışanların özünütəşkilinin ön plana çəkildiyindən xurma istehsalçılarının və ixracatşılarının bir araya gələrək, öz ictimai birliklərinin yaradılmasını zəruri saydıq. İqtisadi İnkişaf nazirliyinin dəstəyi ilə belə bir qurumiun qeydiyyatdan keçirlməsinə və ciddi fəaliyyət göstərməsinə nail olduq. Bu gün ölkədə xurma istehsalçılarının əlaqələndirilmiş faəliyyətinin təşkilinə, fermerlərin problemlərinin həllinə, təcrübə mübadiləsinə və məlumatlandırılmasına dair görülən işlər göz önündədir. Qarşıdakı illərdə ciddi tələbin mövcüd olduğu istiqamətdə-xurma istehsalında birliyin fəaliyyətini daha effektiv hədəflərə və səmərəli nəticələrə istiqamətləndirmək üçün birgə fəaliyyətimizi daha da genişləndirəcəyik.
Qadir Yusifov,  “Azərbaycan Xurma İstehsalşıları və İxracatçıları”  İctimai birliyinin İdarə heyətinin sədri