Sektora dəstək

Sirr deyildir ki, xurma istehsalı kənd təsərrüfatının gəlirli və məhsuldar sahələrindəndir. Azərbaycan təbiəti bu məhsulun geniş istehsalına yeni nəfəs vermək üçün son dərəcə əlverişli imkanlara malikdir. Aqrar sahəyə dövlət qayğısının xüsusilə geniş miqyas aldığı bu tarixi kəsimdə xurma və xurma məhsullarınln istehsalına, onun emalı səneyisinə yeni təkan verilməsi, ölkəmizin regional miqyasda şəriksiz lider olması xəyal deyildir, bu gün söylənilənlər çox aktual və realdır. Sektorun sistemli fəaliyyət göstərməsi, istehsal, emal və satış proseslərinin qırılmazlığı, hazır məhsulun saxlanması və loqistikası həllini gözləyən məsələlərdir. Bundan əlavə, kadr hazırlığı və mövcud kadrların ixtisas səviyyəsinin durmadan yüksəldilməsi önəm kəsb edən amillər olaraq gündəlikdə durur. Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası (AXİİA) ilk növbədə bu aktual məsələlərin həllində üçün təsis olunmuşdur. Əsas vəzifə sektorun özünə hərtərəfli –hüquq, təşkilati, texniki və peşə hazırlığı sahələrində- dəstək vermək məqsədi ilə yaradılmışdır.

PARTNYOTLARIMIZ