Məqsədimiz

Ölkəmizin zəngin təbii sərvətləri əsrlər boyu yaxın və uzaq qonşuların diqqətini cəlb etmişdir. Müdrik bağbanların məharəti sayəsində meyvə bağlarının məhsuldarlığını yüksəldən yeni növlər formalaşmış, digər ölkələrdən gətirilən və Azərbaycan təbiətiniin xüsusiyyətlərinə uyğunlaşdırılan meyvə növləri ölkənin florasını zənginləşdirmiş, insanların sağlam və vitaminli meyvələrlə qidalanmasınına müsbət təsirini göstərmişdir. Bu baxımdan unikal meyvə növlərindən oldn xurma da istisna deyildir. Bu məhsuldar və dadlı meyvə üçün Azərbaycan torpaqları əlverişli olduğunu nümyiş etdirmiş və indi Azərbaycanın meyvə bazarını xurmasız təsəvvür etmək mümkün deyildir. Hal-hazırda xurma  Azərbaycanda sənaye təyinatlı təsərrüfat sahələrindən biri hesab olunur. Onun emalı və saxlanması texnologiyası mənimsənilmiş, soyuducu sistemlərin sayəsində məhsulun uzun müddət ərzində saxlanması təmin olunmuşdür. Bu da xurmanın bir Azərbaycan meyvə markası kimi yalnız daxili istehlak üçün deyil, həm də ixracat üçün imkanlarını genişləndirmişdir. İndi MDB məkanında xurma istehsalı və ixracı sahəsində Azərbaycan ön mövqedə dayanır. Müasir mərhələdə  “Azərbaycanın Xurma İstehsalçları və İxracatçıları” İctimai Birliyinin başlıca məqsədi istehsalı genişləndirmək, emal səneyisini inkişaf etdirmək, ixracata güclü təkan vermək, fermerlərin güzəranını yaxşılaşdırmaq və ölkənin ixracat potensialına dəstək verməkdən ibarətdir.