Dəyərlərimiz

Xurma istehsalı halal əmək sayəsində ərəsəyə gəlir. Hər bir xurmaçının ehtiyaclarını qarışlamaq, zəruri məqamlarda onlara dəstək vermək, keyfiyyətli və bol məhsul istehsalı üçün hər bir fermerin hüquqlarının qorunmasına  can atmaq bizim vəzifəmizdir. İstehsal və emal mədəniyyətinin yüksəldilməsi, məhsulun yığımından tutmuş emalına və qablaşdırılmasına qədər, daşınmasından tutmuş satılmasına qədər bütün mərhələlərdə keyfiyyət, gigiyena və istehlak standartlarına əməl edilməsi mühüm tələblərdir və onlara əməl olunması təmin edilməlidir. Xurma istehsalı sahəsində yeni texnologiyalın tətbiqi vacibdir. Bütün mərhələlərdə texnologiya və innovativ yanaşma təmin olunmalıdır ki, xarici bazarda rəqabətə davam gətirməyimiz və hətta keyfiyyətdə ön mövqelərdə yer almamız mümkün olsun. Xurma istehsalı sahəsində kadr hazırlığı indi önəmli məsələdir. Fermerlər arasında marifləndirmə də diqqət mərkəzində olmalıdır. Məhsulun qayğı ilə toplanması, emal müəssisələrinə daşınması, emal mərhələsində xammala münasibət iqtisadi mənafedən dəyərləndirilməlidir. Xurma ümumxalq nemətidir, onun becərilməsi, qorunması, artırılması son nəticədə insanların xoş güzəranı deməkdir.