ÜZVLÜK ÜÇÜN ŞƏRTLƏR

Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası (AXİİA) bir ictimai birlik olaraq təşəkkül tapmışdır. Onun missiyası eyni istehsal fəaliyyət sahəsinin müxtəlif mərhələlərində çalışan şirkətlərin və fiziki şəxslərin könüllülük prinsipi ilə ünsiyyətdə bir arada olmaqla fikir və təcrübə mübadiləsi üçün işlək platforma yaratmaqdan ibarətdir. Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası (AXİİA) sözü gedən sektorun qarşısında duran problemləri təmkinlə, peşəkar yanaşmaqla və kollegial müzakirə yolunu tətbiq edərək həll etməyi hədəfləyən bir qurumdur. Onun əsas fəaliyyəti fərdi qaydada həlli mümkün olmayan məsələlərin birgə səylərlə ictimai qaydada həll etməkdir. Belə olduqda ictimai təşkilat öz üzvlərinin zamanına qənaət edilir, onların istehsal fəaliyyətlərinin daha mobil və effektif olmasına dəstək vermiş olur. Assosiasiyaya üzvlük şərtləri, üzvlərin hüquq və vəzifələrlə bağlı müddəalarla daha detallı tanışlıq üçün AXİİA-nın Nizamnaməsi ilə yaxından tanış olun.

PARTNYOTLARIMIZ