Warning: Undefined variable $ub in /home/xurmaor/public_html/index.php on line 63

Warning: Undefined variable $ub in /home/xurmaor/public_html/index.php on line 75

Balakəndə III Xurma festivalı keçirildi

Balakən rayonunun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan ,  Xurmaçılığın daha geniş təbliğ edilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycanda Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin və “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə 26 oktyabr tarixində Balakən rayonunda xurma festivalı keçirildi. Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, xurma festivalının keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyan layihədir. Festival Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Festival yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Xurma festivalının keçirilməsi, eyni zamanda, milli adət-ənənələrinin, qonaqpərvərliyinin, rayonun turizm imkanlarının tanıdılmasında, xurmanın, ondan hazırlanan məhsulların təbliğində önəmli rol oynayır.Diqqətə çatdırılıb ki, Azərbaycanda ildə 180 min tondan çox xurma istehsal olunur. Ölkəmiz ərazisinə Qara Dəniz vasitəsi ilə Yaponiya və Çindən gətirilən tink, ilk olaraq Azərbaycanın Balakən bölgəsində əkilmişdir, məhz buna görədə hər il artıq ənənəvi olaraq xurma festivalı Baləkəndə keçirilir. Hazırda rayonda 812 hektar xurma bağı var və 2018-ci ildə bağlardan 15 min ton məhsul yığılıb. İstehsal olunan xurmanın 80 faizi xaricə ixrac olunub. Festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak ediblər. Festivalda həmçinin Türkiyə və Ukraynanın Azərbaycandakı səfirləri iştirak edib, “Azərbaycan Xurma İstehsalşıları və İxracatçıları”  İctimai birliyinin İdarə heyətinin sədri, Qadir Yusifov festival çərçivəsində Ukrayna səfiri və Türkiyə səfiri ilə Azərbaycanla Türkiyə və Ukrayna arasında xurma ixracı üzrə dövrüyənin artırılmasını müzakirə edib, Ukrayna səfiri Azerbaycandan xurma ixracının artırmaq üçün istənilən yardımı göstərəcəyini söyləyib, həmçinin Türkiyə səfiri ilə xurmaçılığın inkişafı daxili və xarici bazarda satışı və istehsalın genişlindirilməsi barədə müzakirələr aparılıb. Sonda Qadir Yusifov, Azərbaycan Xurma İstehsalşıları və İxracatçıları  - assosasiyası adından Türkiyə və Ukrayna səfirlərinə şüşədən hazırlanmış dekorativ xurma ağacını hədiyyə edib. 

 

 

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin   mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin    xatirəsini ehtiramla anıblar. Gərəkli kəndinin     ərazisində yerləşən xurma bağına ekskursiya təşkil olunub, Gərəkli kəndində qonaqları Qadir Yusifov qarşılayıb iki il əvvəl əkilmiş 10 hektar ərazini əhatə edən yeni   intensiv xurma bağı ilə tanış etdikdən sonram, onun yanında yerləşən fermerə mexsus 1 hektar ərazidə Azərbaycan Xurma İstehsalşıları və     İxracatçıları  Assosiasiyasının təşkilatçılığı ilə yeni xurma bağı salındı, assosiyanın rəhbəri Qadir Yusifov tərəfindən xurmanın əkilməsi, budanması zərərvercilərə   qarşı mübarizənin aparılması, qablaşdırılması və satışı haqqında bütün qonaqlara geniş məlumat verildi.

Bundan sonra qonaqlar   Heydər Əliyev adına parka geri dönüblər, xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxıblar, rayonda istehsal olunan kənd təsərrüfatı və   sənaye məhsullarının sərgiləri ilə tanış olublar.  III Xurma festivalı konsert proqramı ilə başa çatıb.

 

 

 

 

 

 

 

Paylaş