2018-ci ildə ölkə ərazisində ilk xurma emalı fabrikləri yaradıldı.
2018-ci ildə ölkə ərazisində ilk xurma emalı fabrikləri yaradıldı. Dövlətin dəstəyi ilə ilk olaraq Balakən rayon Katex qəsəbəsində və Göyçay rayon Yalman kəndində xurma fabrikləri fəaliyyətə başlamışdır. Qısa müddətdə hər iki fabrik emal olunmuş və qablaşdırılmış xurmanın xarici ölkələrə - BƏƏ, Rusiya, Baltikyanı ölkələrə, Hollandiyaya və digər Avropa ölkələrinə ixracını həyata keçirmişdir. Qeydemək yerinə düşərdi ki, təzə dərilmiş və emal edilmiş xurma məhsulunun satışından ölkəmizə 117 milyon dollar daxil olmuşdur ki, bu da 2017-ci illə müqayisədə 20,6% artım deməkdir.